30 04 2024-cu il Bakı 25 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əks-hücum: Ukrayna ordusu Dneprin sol sahilinə keçib

28.06.2023

Əks-hücum nəticəsində Ukrayna ordusu Dneprin sol sahilinə keçə bilib.

"DM" xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

Geolokasiya məlumatlarına əsaslanan institutun analitiklərinin verdiyi məlumata görə, hazırda Ukrayna ordusu Antonov körpüsü rayonunda mövqeləri tutub və bunu rusiyalı hərbi jurnalistlər də etiraf edir.

"Bununla yanaşı, rus ordusu ukraynalıların hücumunun qarşısını almağa çalışıb və "Solnçepek” ağır artilleriya sistemindən istifadə edib”, - məlumatda qeyd olunub.