Ölkədə koronavirusa yoluxanların sayı açıqlanıb  
    
                          
     
                         25.06.2023
 
    
                        Azərbaycanda son sutka ərzində koronavirus (COVİD-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, son sutkada infeksiyaya 2 yeni yoluxma faktı qeydə alınıb.
COVİD-19-a yoluxan 6 nəfər sağalıb.
İndiyədək ölkədə ümumilikdə 831 934 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 621 nəfər müalicə olunaraq sağalıb, hazırda 31 aktiv xəstə var. Bu günə qədər 10 282 nəfər vəfat edib.