27 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Aİ XİN rəhbərləri Rusiyada hərbi qiyama cəhdi müzakirə edəcəklər

25.06.2023

Rusiyada hərbi qiyama cəhdin nəticələri Lüksemburqda keçiriləcək Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq.

"DM" xəbər verir ki, bu barədə Belçikanın Baş naziri Aleksandr De Kroo ölkənin Milli Təhlükəsizlik Şurasının Rusiyada baş verən son hadisələrə həsr olunmuş iclasının yekunundan sonra bildirib.

"Rusiyada Yevgeni Priqojinin nizami orduya qarşı artıq bitmiş üsyanının nəticələri ilə bağlı məsələ Lüksemburqda keçiriləcək Aİ XİN rəhbərlərinin müzakirəsinin mərkəzində olacaq. Belçikanı xarici işlər naziri Hadija Labib ölkəmizi təmsil edəcək", - deyə o bildirib.
Lüksemburqun xarici işlər naziri Hadija Labib də Milli Təhülkəsizlik Şurasının iclasında Rusiyada baş verənlərin qlobal ictimaiyyət üçün uzunmüddətli nəticələrinin müzakirə olunduğunu bildirib
"Dünən orada yaşayan belçikalıların təhlükəsizliyinə əmin olmaq üçün Rusiyadakı səfirliyimizlə əlaqə saxladıq. Rusiyada 780 (Rusiyanın cənubunda) belçikalı var. Hazırda hər şey nəzarət altındadır", - o bildirib.