28 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dünən Priqojinə dəstək videosu çəkənlərdən açıqlama: “Bizi artıq çürüdürlər” - VİDEO

25.06.2023

Dünən "Vaqner”ə dəstək videosu ilə müraciət edən "Ştorm-Z” özəl hərbi təşkilatı Yevgeni Priqojini xəyanətdə günahlandırıb. Əsasən məhkumların daxil olduqları bölüyün nümayəndələri Priqojini boşboğazlıqda günahlandırıb və ona inananları qisasçıların ümidinə buraxdığını deyiblər.

Muzdlular əmin edirlər ki, yaxşı adamlar Priqojin kimi insanlıqdan çıxmış birisinə xəyanəti bağışlamayacaqlar.

Silahlılardan birinin sözlərinə görə, "Vaqner”i dəstəkləyənlərə qarşı artıq repressiyalar başlanıb: onlar artıq "Putinin aşpazı”nın xəyanətinin nəticələrini öz "dəri”lərində hiss etməyə başlayıblar.

"Burada komandirlər artıq bizi çürüdürlər, boğurlar. Belə olmamalı idi. İnsanlar bir-biri ilə hərəkət edəndə bərabər hərəkət edirlər. Sən isə, belə çıxır ki, insan deyilsən. "Şerstyuqa”san (termin həbsxana lüğətində həbsxana rəhbərliyi ilə əməkdaşlıq edənlərə aid edilir - red.). Sənə başqa ad vermək olmaz. Əgər belə deyilsə, özünü göstər. Biz sənə arxayınıq”, - deyə o əlavə edib.
"Jenya, sən bizi və digər oğlanları satdın. Yaxşı bazar açdın. Biz səni dəstəklədik, bəs indi nə olacaq? Bizə artıq "yaxşı həyat” vəd edirlər. Elə sənin oğlanlarına da. İnan, yaxşı adamlar bunu belə qoymayacaqlar”, - deyə başqa bir döyüşçü bildirib.

Xatırladaq ki, "Vaqner” qüvvələri bir gün əvvəl Rostovda bütün hərbi obyektləri, o cümlədən hərbi aerodromu, Cənub Hərbi Dairəsinin qərargahını nəzarətə götürəndə və Priqojin Moskvaya "ədalət marşı” elan edəndə, "Ştorm-Z” muzdluları "Vaqner” ÖHŞ-ni dəstəklədiklərini elan etmişdilər.


Mənbə: Obozrevatel