Tehranda Aİİ-nin beynəlxalq sərgisi keçiriləcək  
    
                         .jpg) 
     
                         25.06.2023
 
    
                        İran Avrasiya İqtisadi İttifaqı ilə azad ticarət sazişinin son mərhələsində olduğu üçün dekabr ayında Tehranda 2-ci Avrasiya Ekspo 2023 İxtisaslaşdırılmış Sərgisi keçiriləcək.
"DM" xəbər verir ki, bunu sərginin inzibati meneceri Əlirza Cəfəri deyib.
Onun sözlərinə görə, 4-7 dekabr tarixlərinə planlaşdırılan sərgi Tehranın Beynəlxalq Sərgi Mərkəzində keçiriləcək.
Sərgidə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və İran iştirak edəcək. Bundan başqa, Çin, İndoneziya, Hindistan, Misir, Serbiya da daxil olmaqla, 40-dan çox ölkənin 10 minə yaxın nümayəndəsinin iştirak edəcəyi gözlənilir.