28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Priqojin Belarusda öldürüləcək - Şok

25.06.2023

Rusiya Prezidenti Vladimir Putin "Vaqner” rəhbəri Yevgeni Priqojini qiyama görə bağışlamayacaq.

"DM" xəbər verir ki, bunu CNN-in jurnalisti Cin Dogerti yazıb.

"Putin satqınları bağışlamır. Putin Priqojinə Belarusa getməsini desə belə, "Vaqner” rəhbəri yenə də satqın hesab olunacaq və hesab edirəm ki, Putin bunu heç vaxt bağışlamayacaq. Mümkündür ki, Priqojin Belarusda öldürülsün. Amma bu da Moskva üçün dilemmadır. Çünki Priqojinin müəyyən dəstəyi var, o, harada olmasından asılı olmayaraq, təhlükədir”, - jurnalist bildirib.

Onun sözlərinə görə, sadə rusiyalılar dövlət çevrilişi etmək istəyənləri alqışladılar və bu da Putin üçün çox pis xəbərdir.