28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İranda həbs edilən Fərid Səfərliyə yaxın günlərdə hökm oxunacaq

25.06.2023

İranda casusluq ittihamına görə saxlanılan Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi, 27 yaşlı Fərid Səfərli ailə üzvləri ilə telefonla danışıb.

Bu barədə APA-ya onun anası Dilarə Əsgərova məlumat verib.

O bildirib ki, oğlu ilə ikinci dəfə telefonla danışıb: "Oğlumun səhhəti normaldır, saxlanma şəraitindən narazılığı yoxdur. 3 dəfə məhkəməsi keçirilib. Birinci məhkəmədə tərcüməçi ilə təmin olunsa da, son iki məhkəmədə fars dilini bildiyi üçün tərcüməçi verilməyib. Özü bu məsələdən narazıdır, çünki fars dilində bilsə də, hüquqi terminləri başa düşmür. Mən də ona dedim ki, məhkəmədən həm vəkil, həm də tərcüməçi tələb etmək hüququ var. Oğlum əvvəllər tək nəfərlik kamerada saxlanılırdı, son vaxtlar artıq ümumi yerdədir, orada fars dilində danışır”.

Dilarə Əsgərova qeyd edib ki, oğluna yaxın günlərdə hökm oxunacaq: "Fərid dedi ki, məhkəmə prosesi yekunlaşmaq üzrədir. Lakin nə məhkəmədə, nə də istintaqda onun casusluq etməsi ilə bağlı bir dənə də olsun fakt ortaya qoyulmayıb. Fəridin sözlərinə görə, İrana getməsinə səbəb olan qız və ailəsi də onun əleyhinə ifadə verməyib. Lakin İran tərəfi Fəridin bir neçə dil bilməsi və Avropada təhsil almasına görə şübhələnir, onu casusluqda ittiham edirlər. Hazırda Azərbaycan Xarici İşlər Nazirliyi, Təbrizdə olan Konsulluğumuz da Fəridlə əlaqədar işlər görür. Konsulluq nümayəndələri Fəridlə görüşüblər və vəziyyəti ilə maraqlanıblar”.