25 08 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

“Vaqner” Rusiyada nəzarətə götürdüyü əraziləri tərk edib

25.06.2023

"Vaqner" özəl hərbi şirkətinin bütün hərbi texnikası və şəxsi heyəti dünən şirkətin rəhbəri Yevgeni Priqojinin başçılığı altında Rusiyada baş vermiş hərbi qiyam zamanı nəzarətə aldığı əraziləri tərk edib.

"DM" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Qeyd olunub ki, "Vaqner” özəl hərbi şirkətinin hərbçiləri Rostov, Voronej, Lipetsk vilayətləreində və digər ərazilərdəki mövqelərini tərk edib.

Hazırda həmin ərazilərdə dünən tətbiq edilmiş məhdudiyyətlər tədricən aradan qaldırılır.