03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan dənizçiləri peşə bayramlarını qeyd edirlər

25.06.2023

Hər il iyunun 25-i dünyada Beynəlxalq Dənizçilər Günü kimi qeyd olunur.

"DM" xatırladır ki, artıq 10 ildir Azərbaycanda da dəniz nəqliyyatı işçiləri öz peşə bayramlarını rəsmi səviyyədə qeyd edirlər. Belə ki, Prezident İlham Əliyevin 2014-cü il 19 iyun tarixli Sərəncamı ilə "Dənizçi Günü” peşə bayramı təsis olunub.

Hazırda dünyada yüklərin təqribən 90 faizi dəniz yolu ilə daşınır. Dünya sularında üzən gəmilər vasitəsilə gün ərzində müxtəlif təyinatlı məhsullar daşınır. Dəniz vasitəsilə həyata keçirilən ticarət qlobal iqtisadiyyata da öz töhfəsini verir.
Azərbaycanın sürətli inkişafında dənizçilərin xüsusi əməyi var. Dənizçilər həm yükdaşımalarda, həm də dənizdə neft-qaz hasilatında mühüm rol oynayırlar. Həmçinin Xəzərdənkənar sularda Azərbaycan bayrağı ilə üzən dənizçilərimiz daim ölkəmizi qürurla təmsil edir, Azərbaycanın və dünya iqtisadiyyatının inkişafında rol oynayırlar.