02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

KİV: ABŞ Priqojinin qiyam planları barədə əvvəldən məlumat alıb

25.06.2023

ABŞ "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin Rusiyada hərbi qiyam planları barədə əvvəldən məlumat alıb.

"DM" xəbər verir ki, bu barədə CNN kanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, ABŞ kəşfiyyatı Priqojinin hansısa təxribat hazırladığını bilirdi. Bu həftənin əvvəlində Mərkəzi Kəşfiyyat İdarəsi (Central Intelligence Agency - CİA) "Vaqner”in şəxsi heyətinin və texnikasının Rusiya sərhədləri yaxınlığında yerdəyişməsi barədə Konqres rəhbərlərinə məlumat verib.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti "Vaqner”in Afrikadakı fəaliyyəti ilə əlaqədar 27 iyunda şirkətə qarşı növbəti sanksiyaların tətbiq edilməsini planlaşdırırdı, lakin Rusiyadakı vəziyyət fonunda bu tədbirlərin həyata keçirilməsi təxirə salınıb.

Vaşinqton bu qərarın verilməsini izah edərək bəyan edib ki, baş verən məsələdə tərəf tutmuş kimi görünmək istəmir.