09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Tokayev Təhlükəsizlik Şurasını toplayır

25.06.2023

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev bazar günü Təhlükəsizlik Şurasının plandankənar iclasını keçirəcək və burada Rusiyadakı vəziyyətlə bağlı hüquq-mühafizə orqanları rəhbərlərinin məruzələrini dinləyəcək.

Bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

"Sabah səhər prezident Qasım-Jomart Tokayev Təhlükəsizlik Şurasının plandankənar iclasını keçirəcək. Dövlət başçısı baş nazirin, hüquq-mühafizə orqanları rəhbərlərinin Rusiyada yaranmış vəziyyətlə əlaqədar onun tapşırıqlarının yerinə yetirilməsi istiqamətində görülən tədbirlərlə bağlı məruzələrini dinləyəcək”, - məlumatda deyilir.
Mətbuat xidmətində qeyd olunduğu kimi, "qonşu dövlətdəki vəziyyətin Qazaxıstan vətəndaşlarının təhlükəsizliyinə və ölkənin iqtisadiyyatına təsirinin mümkün mənfi nəticələrinin zərərsizləşdirilməsi üzrə operativ tədbirlər planının qəbulu gözlənilir”.

Mənbə: TASS