03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Blinken G7 xarici işlər nazirləri ilə Rusiyadakı vəziyyəti müzakirə edib - YENİLƏNİB

24.06.2023

ABŞ dövlət katibi Entoni Blinken Rusiyadakı vəziyyətlə bağlı ABŞ-ın müttəfiqləri və tərəfdaşları ilə yaxın koordinasiyada olduğunu bildirib.

"DM" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi "Twitter" hesabında bildirib.

"Rusiyada davam edən vəziyyəti müzakirə etmək üçün G7 xarici işlər nazirləri və Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi ilə danışdım. Vəziyyət inkişaf etməyə davam etdikcə ABŞ müttəfiqləri və tərəfdaşları ilə sıx koordinasiyada olacaq", - o deyib.

ABŞ dövlət katibi vurğulayıb ki, onun ölkəsinin Ukrayna üçün dəstəyi dəyişməyəcək.

16:25

G7 xarici işlər nazirləri Rusiyadakı vəziyyəti müzakirə edib.

"DM" xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell "Twitter"də bildirib.

"Rusiyadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparmaq üçün G7 xarici işlər nazirləri ilə danışdım. Bazar ertəsi Aİ Xarici Əlaqələr Şurasının görüşündən əvvəl Avropa İttifaqı daxilində koordinasiya aparıram və biz böhrana cavab mərkəzini aktivləşdirmişik. Ukraynaya dəstəyimiz dayanmadan davam edir", -Borrel bildirib.