02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rostov rəhbərliyi sakinləri evlərini tərk etməməyə çağırıb

24.06.2023

Rostov administrasiyasının rəhbəri Aleksey Loqvinenko şəhər sakinlərinə "hərbi texnikanın küçələrdən mümkün keçidi” ilə bağlı müraciət edib.

"DM” Rusiya KİV-ə istinadən xəbər verir ki, o, insanları təhlükəsizlik məqsədilə evlərini tərk etməməyə, şəhərin mərkəzinə getməməyə çağırıb.

"Təhlükəsizliyiniz üçün evlərinizdən çıxmayın, Rostovun mərkəzinə səfər etməyin və uşaqları nəzarətsiz qoymayın”, - qubernator "Telegram” kanalında yazıb.
Xatırladaq ki, iyunun 24-də "Vaqner” özəl hərbi şirkətinin başçısı Yevgeni Priqojin Rostovda bütün hərbi obyektlərin nəzarətə götürüldüyünü açıqlayıb. Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində şəhərdə mülki və hərbi idarəetmə orqanlarının fəaliyyətinin iflic olduğunu deyib və bununla bağlı lazımi tədbirlər görüləcəyinə söz verib. Rostov vilayətində bütün bayram tədbirləri ləğv edilib.