30 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Putin Belarus, Qazaxıstan və Özbəkistan liderləri ilə telefonla danışıb - YENİLƏNİB

24.06.2023

Rusiya Prezidenti Vladimir Putinlə Özbəkistan lideri Şövkət Mirzizoyevlə telefon danışığı olub.

"DM" xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

O, Rusiya liderinin bu gün Belarus, Qazaxıstan və Özbəkistan liderləri ilə telefonla danışdığını qeyd edib.

***

Rusiya Prezidenti Vladimir Putinlə Qazaxıstan lideri Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.

Bu barədə Qazaxıstan Prezident Administrasiyasının (Ak Orda) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Vladimir Putin ölkədəki vəziyyət barədə Qazaxıstan Prezidentinə məlumat verib.

Tokayev qeyd edib ki, baş verən hadisələr Rusiyanın daxili işidir. Rusiyada konstitusiya quruluşu və qanunun aliliyi ölkədə asayişin qorunması üçün zəruri şərtdir. Bu, cəmiyyətin təhlükəsizliyinin və uğurlu inkişafının əsasıdır.

Putin Qazaxıstanın Rusiyadakı mövcud vəziyyətə anlayışla yanaşmasına görə təşəkkür edib.