30 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zelenski Rusiyadakı hərbi qiyam barədə: “Şəri seçən hər kəs sonda özünü məhv edir”

24.06.2023

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyada baş verən hərbi qiyama münasibət bildirib.

O qeyd edib ki, şərin yolunu seçən hər kəs sonda özünü məhv edər.

"İnsanları alçaldır və yüzminlərlə insanı özünün silahlandırdığı şəxslərin üzərində göndərir ki, Moskvada təhlükəsizliyi qorusun. Rusiya çoxdan idi ki, öz zəifliyini və hakimiyyətinin axmaqlığını təbliğatla ört-basdır edirdi. 

İndi isə artıq o qədər xaos var ki, heç bir yalan onu gizlədə bilməz. Rusiyanın zəifliyi göz qabağındadır. Rusiya öz qoşunlarını və muzdlularını torpaqlarımızda nə qədər uzun müddət saxlasa, sonradan bir o qədər çox xaos, ağrı və problemə düçar olacaq”, - Volodimir Zelenski özünün rəsmi "Telegram” kanalında qeyd edib.