30 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Priqojin Putinin təslim olmaq tələbini rədd edib

24.06.2023

"Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Rusiya Prezidenti Vladimir Putinin təslim olmaq tələbini rədd edib.

"DM"-nın məlumatına görə, bu barədə o, audiomüraciət yayıb.

"Biz boynumuzu büküb onların ayağına getmək niyyətində deyilik”, - deyə Priqojin səsli bəyanatında vurğulayıb.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bu gün xalqa müraciət edib, "Vaqner” muzdlu hərbi təşkilatının son addımlarını dövlətə xəyanət adlandırıb. O, həmçinin silahlı qiyam qaldıran döyüşçülərə xəbərdarlıq edib və onları kriminal fəaliyyətlərini dayandırmağa çağırıb.