01 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya ordusu ilə “Vaqner” qüvvələri arasında döyüşlər başlayıb

24.06.2023

Rusiya ordusu ilə "Vaqner” qüvvələri arasında döyüşlər başlayıb.

Bu barədə hökumətyönümlü "Telegram” kanalları kadrlar yayıblar.

Bundan əvvəl mediada Rusiya aviasiya qüvvələrinin "Vaqner” özəl hərbi şirkətinə məxsus kolonun hərəkət etdiyi M-4 magistralına zərbələr endirdiyi barədə görüntülər yayılmışdı.
Xatırladaq ki, bu gün gecə saatlarından etibarən "Vaqner” özəl hərbi şirkəti Rusiya Silahlı Qüvvələrinə qarşı qiyam qaldırdıqlarını bəyan edib. Rostovu ələ keçirən və sonra Voronej vilayətinə daxil olan döyüşçülər zirehli texnikayla Moskvaya doğru irəliləyirlər.