30 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qərb ölkələri Rusiyadakı vəziyyəti yaxından izləyir

24.06.2023

Qərb ölkələri Rusiyadakı vəziyyəti yaxından izləyir.

"DM" xəbər verir ki, Qərb ölkələrinin dövlət və hökumət başçıları, XİN rəhbərləri Rusiyada "Vaqner"lə Müdafiə Nazirliyi arasında açıq qarşıdurmaya münasibət bildirib.

Polşa Prezidenti Andjey Duda "Twitter" hesabında bildirib ki, o, Rusiyadakı vəziyyətlə bağlı Baş nazir, müdafiə naziri və müttəfiqləri ilə müzakirələr keçirib. "Şərq sərhədimizdən kənarda hadisələrin gedişi davamlı olaraq izlənilir", - o qeyd edib.

Fransa hökuməti də Rusiyadakı vəziyyəti yaxından izlədiyini bildirib.

"Prezident Makron vəziyyəti yaxından izləyir. Biz Ukraynaya dəstəyimizə fokuslanmış olaraq qalır", - Yelisey Sarayının açıqlamasında qeyd olunur.

Britaniya hökuməti də Rusiyadakı vəziyyətlə bağlı reaksiya verib. Britaniyanın Xarici İşlər Nazirliyi Rusiyanın "Vaqner" qrupunun muzdlu qüvvələrinin hərəkətindən sonra səyahət edənlərə tövsiyələrini yeniləməklə Rusiyada iğtişaş riski barədə xəbərdarlıq edib. "Rostov vilayətində hərbi gərginlik və ölkə daxilində iğtişaşların baş verməsi riski ilə bağlı xəbərlər var", - Britaniya Xarici İşlər Nazirliyi bildirib.

Almaniya Kansleri Olaf Şoltsun administrasiyası da vəziyyəti izlədiyini bildirib. "Biz Rusiyada baş verənləri diqqətlə izləyirik", - hökumətin sözçüsü deyib.

Finlandiya Prezidenti Sauli Niinistö isə yerli mediaya açıqlamasında bildirib ki, bu məsələ Rusiyanın daxili məsələsidir və hökumət prosesi izləyir.

İsveç xarici işlər naziri də oxşar açıqlama ilə çıxış edib. "Hökumət Rusiyadakı hadisələri yaxından izləyir, vəziyyət ciddidir", - XİN rəhbəri qeyd edib.