01 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hesablama Palatası məktəbəqədər təhsil sahəsində çatışmazlıqları açıqlayıb

24.06.2023

Məktəbəqədər təhsil üçün 2022-ci ildə dürüstləşmiş təyinat üzrə xərclər 98,9% və ya 41183,0 min manat icra edilib.

"DM" xəbər verir ki, bu barədə Hesablama Palatasının "Dövlət auditi jurnalı"nda məlumat əks olunub.

Aparılmış təhlil nəticəsində müəyyən olunub ki, 2022-ci il üçün təsdiq edilmiş xərclərin 98,9% icra olunmasına baxmayaraq, indikator göstəriciləri üzrə proqnozdan məktəbəhazırlıq təhsilinin əhatə etdiyi müəssisələrin sayı 136 ədəd və ya 4,0%, məktəbəhazırlıq qruplarının sayı 682 ədəd və ya 11,0%, məktəbəhazırlıq təhsilinə cəlb edilmiş uşaqların sayı 12786 nəfər və ya 11,9% az, məktəbəhazırlıq təhsilinə cəlb edilmiş təhsilverənlərin sayı isə 321 nəfər və ya 6,3% çox icra edilib.