29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya Müdafiə Nazirliyi “Vaqner”ə ultimatum verdi: “Silahı yerə qoyun”

24.06.2023

Rusiya Müdafiə Nazirliyi "Vaqner” özəl hərbi şirkətinin döyüşçülərinə müraciət ünvanlayıb.

Rusiya MN müraciətində "Vaqner”çiləri silahı yerə qoymağa və dislokasiya yerinə qayıtmağa çağırıb.

"Siz Priqojinin cinayətkar avantürasına aldanıb silahlı üsyanda iştirak edirsiniz. Bir çox yoldaşlarınız səhvlərini artıq anlayıb, daimi dislokasiya yerlərinə təhlükəsiz qayıtmaq imkanını təmin etmək üçün müraciət ediblər. Artıq müraciət edən bütün döyüşçülərə, komandirlərə tərəfimizdən yardım göstərilib. Hər kəsin təhlükəsizliyinə zəmanət veririk”, - deyə müraciətdə bildirilib.

Mənbə: TASS