29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

KİV: “Vaqner” Voronejdə bütün hərbi obyektləri ələ keçirib-YENİLƏNİB

24.06.2023

"Vaqner” özəl hərbi şirkəti Voronejdə bütün hərbi obyektlərə nəzarəti ələ keçirib.

Bu barədə "Reuters” Rusiya xüsusi xidmət orqanlarındakı mənbəsinə istinadən məlumat yayıb.

Həmçinin Dobasdakı separatçıların rəhbəri İqor Girkin (Strelkov) da eyni məzmunlu məlumat verib.

"Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin nəzarətində olan "Telegram” kanalında isə bildirilib ki, ÖHŞ-nin hərbi kolonu Voroneji döyüşsüz ələ keçirib.

"Voronejdəki hərbi obyektlər "Vaqner” ÖHŞ-nin nəzarətindədir, ordu xalqın tərəfinə keçir”, - deyə məlumatda bildirilib.

Xatırladaq ki, Rusiyanın "Vaqner” özəl hərbi şirkəti Rusiya Federasiyasının nizami qoşunlarının hücumuna məruz qaldıqlarını iddia edib və "növbəti addım bizimkidir”, - deyə hədələyib.

Bundan sonra ÖHŞ-nin qoşunları Rostovu ələ keçirib, sonra Voronej vilayətinə daxil olublar. Zirehli texnika artıq Moskvaya doğru irəliləyir.


10:40

"Vaqner” özəl hərbi şirkətinin hərbi texnika kolonu Rusiyanın Voronej vilayəti istiqamətində hərəkət edir.

"DM"-nın məlumatına görə, bu barədə Voronej vilayəti hökumətinin "Telegram” kanalında məlumat verilib.

"Hərbi texnika karvanı M-4 "Don” federal magistral yolu ilə hərəkət edir. Biz Voronej vilayətinin bütün sakinlərindən M-4 "Don” federal magistralından və fərdi avtomobillərdən müvəqqəti istifadə etməməyi xahiş edirik”, - deyə məlumatda deyilir.
Bundan başqa Rossoşanski bələdiyyə dairəsi administrasiyasının rəhbəri Yuri Mişankov öz "Telegram” kanalında sakinlərə müraciətində evlərindən çıxmamağı və avtomobillərdən istifadə etməməyi xahiş edib.