29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Priqojin “Vaqner”in Rostovda bir sıra obyektlərə nəzarəti ələ keçirdiyini açıqlayıb

24.06.2023

Rusiyanın "Vaqner” Özəl Hərbi Şirkəti Rostov şəhərinə nəzarət edir.

"DM" xəbər verir ki, bu barədə "Vaqner”in rəhbəri Yevgeni Priqojin video müraciətində bildirilib.

Priqojin video müraciətində döyüşçülərinin Rostovdakı hərbi obyektlərə, o cümlədən aerodroma nəzarəti ələ keçirdiklərini iddia edib.

Bununla belə, o, aerodromdan Ukraynada müharibə üçün yollanan təyyarələrin qrafik üzrə hərəkətində heç bir problem olmadığını bildirib.

Priqojin onu da əlavə edib ki, "Vaner”in yaxınlaşdığını bilən kimi, Baş Qərargah rəisi Valeri Gerasimov Rostovdan qaçıb.