29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda avtomobillərə qənim kəsilən şəxs tutulub - FOTO/VİDEO

23.06.2023

Paytaxt ərazisində avtomobillərin şüşələrini sındıraraq nəqliyyat vasitələrinin salonlarından telefon, notbuk, pul kisələləri və digər qiymətli əşyalar oğurlayan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində hadisələri törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini İlqar Məmmədov tutulub.

Araşdırmalar zamanı onun Nərimanov rayonu ilə yanaşı, paytaxtın Yasamal və Nəsimi rayonlarında da 10-a yaxın avtomobilin şüşəsini sındırdığı müəyyən edilib.
"Bu şəxsin törətdiyi qanunsuz əməllərin bir neçəsi müşahidə kameraları vasitəsilə də görüntülənib. İlqar Məmmədov barəsində 18-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir”, - məlumatda qeyd olunub.