25 08 2025-cu il Bakı 26 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Rusiyadan idxal edilən 1 ton hind quşu ətinin istehlaka yararsız olduğu aşkarlanıb

23.06.2023

"Lime and Co” MMC tərəfindən Rusiya Federasiyasından idxal olunan "PenzaMolinvest” MMC-nin istehsalı olan 1039.5 kq dondurulmuş hind quşu budu məhsulunda Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinələri nəticəsində salmonella aşkarlanıb.

AQTA-dan  bildirilib ki, faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb.

Həmçinin istehsalçının respublikamıza həmin məhsulu idxalına müvəqqəti qadağa qoyulub və ixracatçı ölkənin aidiyyəti qurumuna müvafiq bildiriş göndərilib.