29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qazaxda çay daşıb, park və xəstəxana su altında qalıb, FHN hadisə yerində - YENİLƏNİB + VİDEO

23.06.2023

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Qazax rayonu ərazisində bəzi ərazilərin subasmaya məruz qalması barədə məlumat daxil olub.

FHN-dən bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb ediliblər.

Hazırda FHN-in qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri və digər zəruri təhlükəsizlik tədbirləri görülür.

16:36

Qazax rayonunda intensiv yağan yağışlar nəticəsində çayda daşqınlar yaranıb.

"DM" xəbər verir ki, təbii fəlakətin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Sakinlər qeyd ediblər ki, Qazax şəhərinin mərkəzi hissəsindən keçən çayın daşması nəticəsində yaşayış evləri və avtomobillər su altında qalıb.

Sakinlər iddia ediblər ki, daşqın çayın yaxınlığında yerləşən Heydər Əliyev parkında və Qazax Diaqnostika Mərkəzinin qarşısında fəsadlara səbəb olub, ərazini su basıb, hərəkət çətinləşib.