04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dubayda “ağıllı” polis avtomobilləri

26.11.2018

"Dövran Media" AzərTac-a istinadən xəbər verir ki, Dubay polisi ən müasir və texniki cəhətdən dünyada ən mükəmməl polis patrul avtomobillərinin yeni nəslini təqdim edib.
 Dubay KİV-lərinin məlumata görə, yolsuzluq şəraiti üçün nəzərdə tutulan bu avtomobillər süni intellekt texnologiyaları ilə, o cümlədən insanları üzdən tanıma vasitələri ilə təchiz olunub. Sensor ekranlar və müasir rabitə vasitələri quraşdırılmış bu avtomobillər axtarışda olan nəqliyyat vasitələrinin nömrə nişanlarını tanımağa və komanda məntəqəsi ilə operativ əlaqə saxlamaq üçün imkan verir.
Cinayətkarlığa qarşı mübarizədə bu cür avtomobillərdən istifadə edilməsi daim müasir texnologiyalar tətbiq etməklə öz fəaliyyətini təkmilləşdirən Dubay polisinin işini xeyli asanlaşdıracaq.