Rusiya və ABŞ kəşfiyyat orqanlarının rəhbərləri görüşə bilərlər 
    
                          
     
                         23.06.2023
 
    
                        Rusiya və ABŞ kəşfiyyat orqanlarınım rəhbərləri görüşə bilərlər.
"DM" xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib.
Rusiya kəşfiyyatının rəhbəri qeyd edib ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnslə görüşmək imkanı var və təmasları saxlamaq vacibdir.