29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədə terror hazırlayan İŞİD üzvü İstanbulda həbs edilib - FOTO

23.06.2023

İstanbulda keçirilən əməliyyatda İŞİD terrorçusu həbs edilib.

Əcnəbi olduğu bildirilən və "tənha terrorçu” olaraq xarakterizə edilən A.H.-nin Türkiyədə terror aktı törətməyə hazırlaşdığı müəyyən olunub.

Bahçelievlerdə keçirilən əməliyyatda İŞİD üzvünün evindən iki ədəd sənədsiz tapança, iki ədəd daraq, bomba istehsalında istifadə edildiyi düşünülən bır sıra materiallar, həmçinin çoxlu sayda rəqəmsal və təşkilati materiallar müsadirə edilib.

Ələ keçirilən rəqəmsal materiallar arasında bombaların hazırlanması və terror hücumları ilə bağlı təlim videoları olub.
Sənədlərin yoxlanılması zamanı A.H.-nin Türkiyədə əvvəllər baş verən terror aktları ilə bağlı araşdırma apardığı müəyyən edilib.

Mənbə: Ntv.com.tr