01 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədə dolların məzənnəsi 25TL-ni ötüb

23.06.2023

Türkiyə Mərkəzi Bankının iyunun 22-də uçot dərəcəsini 8,5%-dən 15%-ə kimi artırmasından sonra lirə digər valyutalar qarşısında kəskin enişi davam etdirib.

"DM"-nın məlumatına görə, iyunun 23-də birjalarda Dollar/Türkiyə Lirəsi məzənnəsi rekordunu yeniləyib 25,48 səviyyəsinə qədər yüksəlib. Avro/Türkiyə Lirəsi məzənnəsi isə 27,88 səviyyəsini test edib. Başqa sözlə, TL bir gündə dollar qarşısında 7,8% dəyər itirib. Son bir ayda isə lirə 22% ucuzlaşıb.

Türkiyə Mərkəzi Bankı isə dolların bugünkü məzənnəsini alış üzrə 23.62 TL, satış üzrə 23.66 TL müəyyən edib. Türkiyə lirəsi paralel olaraq Azərbaycan manatı qarşısında da rekord şəkildə eniş edib. Azərbaycan Mərkəzi Bankının iyunun 23-də açıqladığı məzənnəyə əsasən 1 TL 0,0672 manata ticarət edilir.

Qeyd edək ki, ötən gün TCMB-nin uçot faiz dərəcəsini 8.5%-dən 15.0%-ə qədər qaldırması 2021-ci ilin noyabr iclasından sonra ən sərt monetar siyasətidir. Bununla belə, gözləntilərin aşağı olması lirənin yenidən ucuzlaşmasına təkan verib.