06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Avropa Oyunları: Azərbaycan ilk medalı rəsmiləşdirib - YENİLƏNİB

22.06.2023

Azərbaycan Polşada keçirilən III Avropa Oyunlarında ilk medalı rəsmiləşdirib.

"Report”un Polşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 67 kq-da çıxış edən karateçi Tural Ağalarzadə B qrupundakı ikinci görüşündə də qələbə qazanaraq yarımfinala yüksəlib və ən azı bürünc medalı təmin edib.

O, əvvəlcə macarıstanlı Martial Tadissiyə 4:0, ardınca isə isveçrəli Toni Pisinoya 5:3 hesabı ilə qalib gəlib. Ağalarzadə qrupdakı son görüşünü yunanıstanlı Dionisios Ksenosa qarşı keçirəcək.

Qadın karateçilərimiz isə III Avropa Oyunlarında mübarizəni dayandırıblar. 55 kq çəki dərəcəsində çıxış edən Mədinə Sadıqova B qrupundakı üç qarşılaşmanın ikisində məğlub olub. İvet Qoranova (Bolqarıstan) və Cennifer Varninqə (Lüksemburq) uduzan idmançı Mariya Kernerə (Polşa) qalib gəlsə də, yarımfinala yüksələ bilməyib.

50 kq-dakı Fidan Teymurova A qrupunda Şara Vinnidin Hubrixi (Almaniya) üstələsə də, Serab Özçelik (Türkiyə) və Erminiya Perfetto (İtaliya) ilə bacarmayıb.

09:56

Polşada keçirilən III Avropa Oyunları davam edir.

"DM"xəbər verir ki, bu gün ilk medalçılar müəyyənləşəcəklər.

Azərbaycan idmançıları yarışın üçüncü günündə atletika, karate və atıcılıq növlərində mübarizə aparacaqlar. Azərbaycana ilk medalları bu gün karateçilər və atıcılar qazandıra bilərlər. Atletlər isə yarışda çıxışlarını başa vuracaqlar.

Karate

11:00.

Kişilər: Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə (67 kq)

Qadınlar: Fidan Teymurova (50 kq), Mədinə Sadıqova (55 kq)
Atletika

12:05. Qadınlar, 200 m: İlahə Quliyeva

12:25. Kişilər, 200 m: Aleksey Əliəkbərov

12:28. Kişilər, nüvə itələmə: İsmayıl Əliyev

12:55. Qadınlar, uzunluğa tullanma: Fəxriyyə Tağızadə

13:40. Kişilər, 5000 m: Elman Abışov

14:20. Qadınlar, 1500 m: Anna Yusupova

14:42. Qarışıq estafet, 4x400 m: Azərbaycan yığması

Atıcılıq

13:15. Kişilər, tapança, 10 m: Ruslan Lunyov

15:15. Qadınlar, tapança, 10 m: Nigar Nəsirova, Nəzrin Abbaslı.