06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Priqojin: Cəbhədə vəziyyət dəhşətlidir, Şoyqu yalan danışır

22.06.2023

 Rusiya ictimaiyyəti Ukrayna cəbhəsindəki real vəziyyəti bilmir, çünki hərbi rəhbərlər ora hərbi müxbirləri buraxmır və yalan danışırlar.

"DM" xəbər verir ki, bunu "Vaqner”in rəhbəri Yevgeni Priqojin deyib.

Priqojin bildirib ki, Putin tabeliyində olanlardan cəbhədə baş verənlərlə bağlı yalan məlumatlar alır:

"Baxmutu alanda bütün hərbi müxbirləri ora buraxdıq ki, əsl vəziyyəti görsünlər. Onlar isə heç kəsi içəri buraxmırlar, heç nə göstərmirlər. Məhz ona görə ki, böyük problemlər var. Şoyqu və Gerasimovun sadə yanaşması var - yalana inanmaq üçün yalan dəhşətli olmalıdır. Və belə edirlər”.