06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

General əmr verib: Bütün əməkdaşlar sərəncama göndərilir

22.06.2023

Dövlət Gömrük Komitəsinin (DGK) bütün əməkdaşları sərəncama göndərilir. 

"Qaynarinfo”nun əldə etdiyi məlumata görə, bu barədə DGK sədri, general-leytenant Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən 15.07.2023-cü il tarixindən 01.08.2023-cü ilə kimi komitənin bütün idarə və şöbələrinin rəhbər heyətlərindən tutmuş sıravi işçilərinə kimi hər kəs sərəncama götürüləcək. 

Sonuncu tarixdə isə struktur yenidən formalaşdırılacaq. Bu müddətə qədər bütün əməkdaşların "işinə” yenidən baxılacaq. 
Saxta diplomla rütbə alıb komitədə çalışanlar, işində ciddi nöqsanlara yol verənlər, təqaüd yaşına çatmış şəxslərin əksəriyyəti vəzifələrindən azad ediləcəklər. 

Məsələ ilə bağlı DGK-nın Mətbuat və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi, gömrük xidməti polkovniki Natiq Axundov xəbəri nə təsdiq, nə də təkzib edib.