06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Gəncə və Göygöldə su basan ərazilərdə tədbirlər görülür - VİDEO

22.06.2023

Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə intensiv yağıntılar səbəbindən Gəncə və Göygöl şəhərlərində bəzi fərdi yaşayış evləri, həyətyanı sahələr və digər ərazilərin subasmaya məruz qalması, həmçinin Gəncə şəhərindəki parkın ərazisində yaradılmış süni göldə suyun səviyyəsinin yenidən artması nəticəsində ətraf ərazilərə yaranan təhlükə ilə bağlı məlumatlar daxil olub.

FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, qeyd olunanlarla əlaqədar Nazirliyin müvafiq olaraq Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, o cümlədən Gəncə şəhərindəki süni göldə suyun səviyyəsinin endirilməsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.