06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Milli Məclisin deputatları Bolqarıstanda bir sıra görüşlər keçiriblər - FOTO

22.06.2023

Bolqarıstanda səfərdə olan Milli Məclisin deputatları, Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev və qrupun üzvü Ramin Məmmədov iyunun 20-də Mərkəzi və Şərqi Avropa regionunun enerji məsələlərinin ən böyük müzakirə platforması sayılan "Yaşıl Enerjiyəkeçid” adlı 3-cü Forumun işində iştirak ediblər. 

Forumun açılış mərasimində Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev, Bolqarıstan Xalq Məclisinin spikeri Rosen Jelyazkov, Avropa Komissarı Eliza Fereyra, Rumıniyanın Energetika naziri Vircil Popesku, Şimali Makedoniyanın kənd, meşə və su təsərrüfatları naziri Lyupko Nikolovski, Avropa İttifaqı rəsmiləri, Avropa Parlamentinin üzvləri, Beynəlxalq Valyuta Fondu və regional bank nümayəndələri, aparıcı şirkət və tədqiqat mərkəzlərinin rəhbərləri iştirak ediblər. Ümumilikdə, Forumun işinə Bolqarıstan, Azərbaycan, Rumıniyan, Yunanıstan, Serbiya, ABŞ, Polşa, Xorvatiya, Fransa, Portuqaliya, Şimali Makedoniya və Moldovanı təmsil edən200-dən çox dövlət, özəl şirkət və elm sahəsinin nümayəndələri qatılıb.

Milli Məclisin deputatları Forumda iştirak edən Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevlə görüşüblər. Görüşdə azərbaycanlı millət vəkilləri bütün digər sahələrdə olduğu kimi iki ölkənin parlamentləri arasında da sıx əməkdaşlığın mövcud olduğunu diqqətə çatdırıblar. Azərbaycanla Bolqarıstan arasında münasibətlərin qarşılıqlı etimada əsaslandığı vurğulanıb. 

Səfər çərçivəsində deputat Ramin Məmmədov Serbiya Respublikasının 3-cü Prezidenti (2004-2012), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə heyətinin üzvü Boris Tadiçlə görüşüb. Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, Qlobal Bakı Forumunun əhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Artıq ənənə halını almış Qlobal Bakı Forumunun beynəlxalq əhəmiyyətli məsələlərin müzakirə olunduğu vacib bir platformaya çevrildiyi qeyd edilib. 

Səfər çərçivəsində deputatlar Bolqarıstandakı Azərbaycan diasporunun fəalları ilə də görüşüblər. Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynovun da iştirak etdiyi görüşdə diasporun fəaliyyəti, əldə etdiyi uğurlar, qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparılıb. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası ətrafında dünya azərbaycanlılarının sıx birliyi və həmrəyliyinin əhəmiyyəti vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarının birliyi, həmrəyliyi, güclü diasporun formalaşması məsələlərinə xüsusi önəm verdiyi qeyd olunub. Diaspor fəaliyyətinin daha da gücləndirilməsi, əhatə dairəsinin genişləndirilməsi, səmərəli vəperspektivli layihələrin həyata keçirilməsi üçün gündəlikdə duran məsələlər müzakirə olunub. 
İyunun 21-də millət vəkilləri Bolqarıstan Xalq Məclisinin spikeri Rosen Jelyazkov ilə görüşüblər. R.Jelyazkov parlamentlər arasındakı münasibətlərin genişləndirilməsinin vacibliyini vurğulayıb. Milli Məclis rəhbərliyinin Bolqarıstana dəvət olunduğunu, tezliklə bu səfərin həyata keçirilməsinin arzuladığını diqqətə çatdırıb. Azərbaycanlı deputatlar Cənubi Qafqazdakı reallıqlar, Azərbaycanın regionda davamlı sülhün təmin olunması istiqamətində təşəbbüsləri barədə məlumat veriblər. İki ölkə arasında mövcud əlaqələrin səviyyəsi, Azərbaycanın Avropa enerji təhlükəsizliyinin təmin olunmasında rolu barədə fikir mübadiləsi aparılıb. 

Milli Məclisin deputatları Bolqarıstan Xalq Məclisində Azərbaycanla Dostluq Qrupunun sədri Həmid Həmid və qrupun üzvləri ilə də görüşüblər. Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynovun iştirakı ilə baş tutan görüşdə parlamentlərarası əlaqələrin tarixi, müasir dövrü və perspektivləri haqqında müzakirə aparılıb. Parlament üzvlərinin müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının daha da gücləndirilməsinin vacibliyi vurğulanıb. Millət vəkilləri Cənubi Qafqazdakı proseslər, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar barədə məlumat veriblər. Azərbaycanla Bolqarıstan arasında çoxşaxəli əlaqələrin hər iki ölkənin milli maraqlarından irəli gəldiyi bildirilib. 

Qeyd edək ki, Milli Məclisin deputatları, Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev və qrupun üzvü Ramin Məmmədovun Bolqarıstana səfəri Bolqarıstan Respublikası Xalq Məclisinin Bolqarıstan-Azərbaycan dostluq qrupunun rəhbərinin dəvəti ilə baş tutub.