04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Aİ-nin missiyası və avroparlamentarilər Azərbaycanla sərhəddə Həkəri körpüsünə baş çəkiblər

22.06.2023

Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki monitorinq missiyası və Avropa Parlamentinin (AP) deputatları Azərbaycan-Ermənistan sərhədinin Həkəri körpüsü yaxınlığındakı hissəsinə baş çəkiblər.

"DM"xəbər verir ki, bu barədə Aİ-nin Ermənistandakı missiyasısı "Twitter"də yazıb.

Bildirilib ki, Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri Andrea Viktorin və Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə Alt Komitəsinin rəhbəri Natali Loiseau Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki monitorinq missiyasının rəhbəri Markus Ritterin müşayiəti ilə Həkəri körpüsü yaxınlığındakı əraziyə baş çəkiblər.

Onlar bu yaxınlarda silahlı insident baş verən yerdə avropalı müşahidəçilərin işi ilə tanış olublar.

Xatırladaq ki, 15 iyun tarixində hərbçilərimiz ölkəmizin suveren ərazisi olan Həkəri körpüsündə Azərbaycan bayrağını ucaldıb və bu zaman Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına atəş açıb, bir hərbçimiz yaralanıb.