04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Söyüdlü ilə bağlı yaradılan komissiya Gədəbəy RİH-də iclas keçirib - YENİLƏNİB + FOTO

22.06.2023

Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan komissiyanın üzvlərinin iştirakı ilə Gədəbəy Rayon İcra Hakimiyyətində iclas keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, iclasda komissiya üzvləri ilə yanaşı, rayon rəsmiləri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak ediblər.

İclasda Söyüdlü kəndində vəziyyət müzakirə olunub.

Komissiya üzvləri iclasdan sonra Söyüdlü kəndinə gedəcək, kənd sakinləri ilə görüşəcək, süni gölün tikintisi aparılan əraziyə baxış keçirəcəklər.


11:38

"Gədəbəyin Söyüdlü kəndindəki vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın üzvləri kənd sakinləri ilə görüş keçirəcək”.

Bunu Komissiya sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Real” TV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, kənd sakinləri ilə görüşdən sonra Komissiya üzvləri əraziyə baş çəkəcəklər:
"Komissiya ərazidəki problemləri daha dəqiq öyrənəcək və təklifləri hazırlayacaq”.