06 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya ələ keçirdiyi gəmiləri Kerçə apardı - VİDEO

26.11.2018

Rusiya tərəfindən ələ keçirilən Ukrayna döyüş gəmiləri Kerçdəki limana aparılır.
"Dövran Media" xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətinin Krım üzrə nümayəndəsi Anton Lozovoy deyib. Onun sözlərinə görə, yaralanan 3 ukraynalı dənizçiyə tibbi yardım göstərilib.
***
Rusiyanın 360tv.ru saytı Kerçdə saxlanılan Ukrayna gəmilərinin videosunu yayıb.
Qeyd edək ki, Rusiya Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Silahlı hücumdan və tarandan sonra gəmilər zəbt edilib və yedəyə qoşularaq aparılıb.
Rusiya FTX 3 əsgərin yaralandığı, onlara tibbi yardım göstərildiyi və həyatları üçün heç bir təhlükə olmadığını açıqlayıb. Ukrayna isə 6 hərbçisinin yaralandığını bildirib.