04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Məhkəmə Söyüdlüdə saxlanılanlarla bağlı qərar verib

22.06.2023

Gədəbəyin Söyüdlü kəndində süni gölün tikintisi zamanı yaranan insidentdə iştirak edən 5 nəfər məhkəmə qarşısına çıxarılıb.

"Qafqazinfo” xəbər verir ki, etirazçılar İnzibati Xətalar Məcəlləsinin 513.2-ci (toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) maddəsi ilə təqsirli bilinib.

Gədəbəy Rayon Məhkəməsinin qərarı ilə hər biri barəsində inzibati qaydada 20 sutka həbs qərarı verilib.

Qeyd edək ki, Baş nazir Əli Əsədovun Sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb. Həmçinin ötən gün Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov etirazçılarla görüşüb, ikinci süni göl yaradılmayacağını bəyan edib.