04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu il 64 uşaq övladlığa götürülüb, 68 uşaq öz ailəsinə reinteqrasiya edilib

22.06.2023

2023-cü ilin ötən dövründə 34-ü oğlan, 30-u qız olmaqla 64 uşaq övladlığa götürülüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, Prezident İlham Əliyevin Fərmanı əsasında 1 noyabr 2019-cu il tarixdən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Ötən dövrdə bu sahədə idarəetmə və xidmətlərin elektronlaşdırılması təmin edilib və övladlığagötürmə prosesi e-sistem üzərindən həyata keçirilir.

Övladlığa götürülən uşaqların ailələrdə fiziki-mənəvi inkişafının təmin olunmasına da nəzarət edilir. Bu məqsədlə uşaqlar 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə ildə bir dəfə monitorinqlər aparılır.

Bu il həmçinin reinteqrasiya tədbirləri nəticəsində sosial xidmət müəssisələrindən 35-i oğlan, 33-ü qız olmaqla 68 uşaq öz bioloji ailələrinə qaytarılıb.