04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Aİ səfirləri Rusiyaya qarşı 11-ci sanksiya paketi ilə bağlı razılığa gəlib

21.06.2023

Avropa İttifaqı səfirləri Rusiyaya qarşı 11-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.

"DM" xəbər verir ki, bu barədə İsveçin Aİ-dəki səfirliyi məlumat yayıb.

Bildirilib ki, bu gün Aİ səfirləri Rusiyaya qarşı 11-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. Paket sanksiyalardan yayınma hallarına və fərdi siyahılara qarşı mübarizəyə yönəlmiş tədbirləri əhatə edir.

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen qərarı təqdir edib. Bu barədə o, "Twitter" hesabında paylaşım edib.

"11-ci sanksiyalar paketimizlə bağlı siyasi razılaşmanı alqışlayıram. Bu, Kremli dəstəkləyən qurumları hədəf alan sərtləşdirilmiş ixrac məhdudiyyətləri ilə Putinin müharibə maşınına daha bir zərbə vuracaq". O bildirib ki, bu mexanizmlə Rusiyanın sanksiyalara məruz qalan malları əldə etməsinin qarşısını alacaq.