04 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qondarma məhkəmə: Əsir hərbçimiz Hüseyn Axundova “hökm” oxunub

21.06.2023

Ermənistanın əsir saxladığı Azərbaycan hərbçisi Hüseyn Axundova qondarma məhkəmə keçirilərək "hökm” oxunub.

Azərbaycan Ordusunun əsgəri 20 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgər Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.
Mənbə: Sputnik Ermənistan