06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Baş nazir: Ukraynadakı müharibə Avropanın geosiyasi mənzərəsini müəyyənləşdirəcək

21.06.2023

Ukraynadakı müharibənin nəticəsi qarşıdan gələn onilliklər üçün Avropada geosiyasi mənzərəni müəyyənləşdirəcək.

"DM" xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmiqal Londonda Ukraynanın bərpası ilə bağlı konfransda çıxışı zamanı bildirib.

"Artıq 16 aydır ki, müharibə davam edir və heç kim şübhə etmir ki, Rusiya Ukraynada öz hədəflərinə nail ola bilməyib. Bu, Ukrayna xalqının, ordusunun, rəhbərliyinin cəsarəti, qətiyyəti və Ukraynanın dostlarının dəstəyi ilə mümkün olub.

Biz inanırıq ki, bu müharibdə qalib gələcəyik, biz sülhü qazanacağıq. Ukraynanın və regionun uzumüddətli çiçəklənməsi, sülh və stabilliyi təmin edilməlidir".
Baş nazir bildirib ki, onun ölkəsinin bərpası prosesində ilk aspekt vurulan zərərin qiymətləndirilməsi ilə bağlıdır ki, bunun üçün də Dünya Bankı, Avropa Komissiyası və BMT ilə birgə mexanizm yardılıb.
Ukrayna hökumət başçısı deyib ki, bu ilin fevralına qədər hesablamalar görə Ukrayanda yenidənqurma üçün ehtiyac duyulan vəsait 411 milyard dollara çatıb.