06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İtaliya XİN rəhbəri: Ukraynanın azadlığı bizim azadlığımızdır

21.06.2023

Bu gün Ukraynanın bərpası üzrə konfrans vasitəsilə hər kəsə, ən birincisi də Rusiyaya siyasi mesaj göndəririk ki, biz beynəlxalq hüququn müdafiəsində hamımız həmrəyik.

"DM" xəbər verir ki, bunu Londonda keçirilən Ukraynanın bərpası üzrə konfransda çıxış edən İtaliyanın xarici işlər naziri Antoni Tayani deyib:

"Bizim mesajımız odur ki, biz yalnız Ukraynanın müdafiəsində deyil, həm də qaydaların, prinsiplərin, ədalətin, sülhün, beynəlxalq hüququn müdafiəsində həmrəyik. Ədalət olmadan sülhə nail olmaq olmaz, bu, mümkünsüzdür. Biz də sülh istəyirik, ancaq ədalətsiz sülh sülh deyil. Ədalət Ukraynanın azadlığıdır. Əgər biz Ukraynanın Aİ-nin tamhüquqlu üzvü olmasına yol açmaq istəyiriksə, əgər biz qarşıdan gələn illərdə Ukraynanın NATO-nun tamhüquqlu üzvü olmasına yol açmaq istəyiriksə,Ukraynanın yenidən qurulması üçün birgə işləməliyik. İtaliya hökuməti bu strategiya ilə yaxından işləyir. Biz Ukraynanın müdafiəsində pratoqonist olmaq istəyirik, sizin azadlığınız bizim azadlığımızdır".

İtaliya xarici işlər naziri deyib ki, onun ölkəsi Ukraynanın Avropaya inteqrasiyasını dəstəkləyir.

"Ukraynanın Avropa layihəsinə inteqrasiyası gələcək sülhün, çiçəklənmənin və stabilliyin qarantıdır. Siz Ukraynaya dəstəkdə İtaliyaya güvənə bilərsiniz", XİN rəhbəri vurğulayıb.