29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ceyhun Bayramov ATƏT sədri ilə regional vəziyyəti müzakirə edib

21.06.2023

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani ilə görüşüb.

"DM" xəbər verir ki, bu barədə Azərbaycanın XİN rəhbəri "Twitter"də yazıb.

Nazir qeyd edib ki, Bujar Osmani ilə səmərəli görüş baş tutub:

"ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani ilə Ukraynanın bərpası ilə bağlı konfrans çərçivəsində görüşdən məmnun oldum. Biz Azərbaycan-Makedoniya ikitərəfli münasibətlərinin gündəliyini, ATƏT çərçivəsində əməkdaşlığı, eləcə də regionumuzdakı münaqişədən sonrakı vəziyyəti müzakirə etdik”, - deyə Bayramov yazıb.