29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Latviya müharibədən bir gün əvvəl Ukraynaya "Stinger" raketləri göndərib

21.06.2023

Müharibədən bir gün əvvəl Latviya "Stinger" raketlərini Ukraynaya göndərib.

"DM" xəbər verir ki, bunu Londonda keçirilən Ukraynanın bərpası üzrə konfransda çıxış edən Latviyanın Baş naziri Arturs Krişyanis Karinş deyib.

"Bizim Rusiya ilə heç də yaxşı keçmişimiz yoxdur, biz bu təcrübəni yaşamışıq. Ona görə bu hadisələrin başlanğıcında biz vəziyyətin yaxşı istiqamətdə getmədiyinin fərqində idik. Biz qərar verdik ki, Ukraynaya hərbi yardım göndərməliyik və tam miqyaslı işğal başlamazdan bir gün əvvəl artıq bizim "Stinger"lərimiz Ukraynaya çatdırıldı. Biz artıq noyabr-dekabr aylarında müzakirələrimizdə bildirmişdik ki, Ukraynaya silah göndərmək istəyirik, çünki vəziyyət yaxşı deyil və deyəsən müharibə başlayır. Bizim hərbi arsenalımızda "Stinger"lər var idi və bunun göndərilməsini ABŞ-la koordinasiya etməli idik və məsələni qısa zamanda həll etdik. Xoşbəxtlikdən bizim göndərdiyimiz bu silahlar Rusiyanın planın ilk hissəsi olan hava limanını ələ keçirməyin qarşısının alınmasında vacib rol oynadı”, - Baş nazir vurğulayıb.

Baş nazir bildirib ki, onun ölkəsi Ukraynaya indiyədək Latviyanın ümumi ÜDM-nin 1.3 faizi qədər yardım göndərib. Bura humanitar, hərbi, maliyyə yardımları daxildir: "Bu yardımın təxminən bir faizi hərbi yardımı əhatə edir. İndi bizm bütün "Stinger" raketlərimiz Ukraynadadır. Biz Ukraynaya helikopterlər göndəririk. Bu il təxminən 3 min Ukrayna əsgərinə Latviyada təlim keçirik. Dronlar, silah-sursat Ukrayna göndərilir və göndərilməyə davam edəcək”.