29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zelenski: Biz demokratiyanı müdafiə edirik

21.06.2023

24 fevraldan əvvəl biz artıq iqtisadi münasibətlərdə oliqarx modelini aradan qaldırmağa başladıq. Bu, yalnız oliqarxlarla, fərdlər bağlı deyil, iqtisadi əlaqələrlə bağlı yanaşmanın bütövlükdə dəyişməsidir, həm də maliyyə sisteminin şəffaflığı, bank münasibətləri sisteminin dayanıqlığı, bazarın liberallaşması ilə bağlıdır.

"DM" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Londonda Ukraynanın bərpası ilə bağlı konfransda çıxışı zamanı bildirib.

Tədbirə videokonfrans formatında qoşulan Ukrayna lideri qeyd edib ki, ölkəsində bütün iqtisadi qurumlara bərabər və hüquqi şərtlər yaradılıb: "Bütün sahələrdə islahatlara davam edəcəyik. Biz demokratiyanı müdafiə edirik və regionumuzda demokratiyanın qalib gələcəyi ilə bağlı ümid yaradırıq. Biz Ukraynanın yenidən quraraq, bərpa edərək yalnız bir ölkəni qurmuruq, biz yeni dünyanı qururuq ki, bura bizdən sonra demokratiyanın, sülhün bərqərar olduğu, stabil dünya olacaq və bu bizlərdən asılıdır”.

Ukrayna Prezidenti çıxışında onun ölkəsinin qlobal səviyyədə kənd təsərrüfatı və qida təhlükəsizliyindəki roluna da toxunub. Prezident vurğulayıb ki, bu gün dünyada yüz milyonlarla insan Ukraynanın kənd təsərrüfatı məhsullarından asılıdır. Zelenski, bu kontekstdə "Rusiyanın təcavüzkar müharibəsi nəticəsində qlobal ərzaq təhlükəsizliyi üçün yaranan təhlükəni” vurğulayıb.