29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sahil Babayev: Əmək qanunvericiliyi ilə bağlı yeni layihələr hazırlanıb

21.06.2023

"Əmək qanunvericiliyi ilə bağlı yeni layihələr hazırlanıb və həmkarlarımızla bu istiqamətdə müzakirələr aparırıq".

"DM" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "İnsan Resursları Zirvəsi 2023" tədbirinin açılış mərasimində deyib.

O bildirib ki, hazırda müzakirələr yekunlaşmadığı üçün həmin müddəaları açıqlamaq istəmir:

"Bu gün qeyri-formal məşğulluq kifayət qədərdir. Bunun aradan qaldırılması üçün işəgötürənlər üçün stimul yaratmalıyıq. Eyni zamanda, həddən artıq çox stimul yaratsaq, işdən azadetməni yüngülləşdirsək, işçilər üçün problem ortaya çıxacaq".