29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Emin Əmrullayev: “Bəzi ixtisasların tədris müddəti azaldıla bilər”

21.06.2023

"Bəzi ixtisasların tədris müddəti azaldıla bilər”.

"DM"-nın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev İnsan Resursları Zirvəsində "Yerin dərinliyindən beyin dərinliyinə köç” mövzusundakı paneldə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, təhsil müddətini dörd ildən üç ilə salmaq planlaşdırılır:

"Bu barədə rektorlarla müzakirələrimiz olub”.

Nazir qeyd edib ki, tədris proqramını elə dizayn etmək olar ki, bir ixtisası üç ilə deyil, iki ilə də vermək olsun.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə isə paneldə bildirib ki, 30 ilə yaxındır ki, valideynlərindən azı biri ali təhsilli olan abituriyentlər imtahanlarda daha çox bal toplayırlar:

"Bacarıqları ölçmək üçün müəyyən alətlər olsa da, yumşaq bacarıqları ölçən alətlər bizdə işləmir”.