09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Fransanın Jardin şəhərində Azərbaycanı təmsil edən idmançı qalib olub - FOTO

21.06.2023

16-18 iyun 2023-cü il tarixlərində Fransanın Jardin şəhərində CDİ3* kateqoriyalı atçılıq idmanının dressura növü üzrə beynəlxalq yarış keçirilib.

"Trend” xəbər verir ki, Almaniya, Fransa, Belçika, Böyük Britaniya, Niderland kimi 20-dən çox ölkədən idmançıların iştirak etdiyi mötəbər yarışda Azərbaycanı Aqata və Karina Zəhrabəyovalar təmsil ediblər.

Aqata Zəhrabəyova yarışa "RM Golden Showman”, Karina Zəhrabəyova isə "Ein Stern” və "Delicato 2” atları ilə qatılıblar.

Gərgin keçən mübarizədə Aqata Zəhrabəyova üç yarışda 70%-dən çox xal toplayaraq ilk üçlükdə qalmağı bacarıb, Karina Zəhrabəyova isə həftəyə 74%-dən çox xalla yekun vuraraq "Junior Freestyle” yarışının qalibi olub.

Tədbirin sonunda qaliblər pul mükafatı, medal və kuboklarla təltif ediliblər.