29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Berlində “Azərbaycanda yəhudi həyatı” adlı tədbir keçirilib - VİDEO

21.06.2023

Azərbaycanın Almaniyadakı səfirliyi İsrail səfirliyi ilə birgə iyunun 20-də Berlindəki qədim tarixə malik Pestalotsi Sinaqoqunda "Azərbaycanda yəhudi həyatı” adlı tədbir, habelə eyniadlı sərgi və "Azərbaycanda Yəhudi İrsi” adlı fotokitabın təqdimatını keçirib.

Azərbaycanın Berlindəki səfirliyindən verilən xəbərə görə, tədbirin rəsmi tərəfdaşları qismində Almaniya Yəhudiləri Mərkəzi Şurası, Berlin Yəhudi İcması və Avropa Ravvinləri Konfransı kimi Almaniyanın və Avropanın ən nüfuzlu yəhudi təşkilatları çıxış ediblər. Tədbirdə Bundestaq deputatları, Almaniyanın dövlət qurumlarının yüksək vəzifəli təmsilçiləri, səfirlər, KİV nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan, yəhudi, türk və digər icmaların üzvləri iştirak ediblər.

Səfir Nəsimi Ağayev çıxışında iştirakçıları ölkəmizdə yaşayan yəhudilər, onların tarixi, Azərbaycandakı multikulturalizm və dinlərarası harmoniya mühiti, İsrail ilə qurulmuş dostluq münasibətləri və strateji tərəfdaşlıq və s. barədə məlumatlandırıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin ölkədə multikulturalizm və dinlərarası harmoniya mühitinin daha da dərinləşməsinə və inkişafına yönəldiyini vurğulayıb.

İsrailin Almaniyadakı səfiri Ron Prozor tədbirdəki çıxışında Azərbaycan və İsrail arasında yüksək səviyyəli münasibətlərdən söhbət açıb və ölkəmizin İsraildə səfirliyinin təsis edilməsinin bu münasibətləri yeni səviyyəyə qaldırdığını vurğulayıb. Səfir qeyd edib ki, Azərbaycanda yəhudi icmasının yaşaması müsəlmanlar ilə yəhudilərin dinc şəkildə birgəyaşayışına gözəl bir nümunədir.

Tədbirdə tərəfdaş qismində çıxış edən Almaniya Yəhudiləri Mərkəzi Şurasının icraçı direktoru Daniel Botman, Berlin Yəhudi İcmasının sədri Qideon Yoffe və Pestalotsi Sinaqoqunun baş ravvini Yonah Zivers çıxışlarında Azərbaycanda mövcud olan tolerantlıq və dinlərarası harmoniya mühitinin çox təqdirəlayiq hal olduğunu bildiriblər.

Tədbir çərçivəsində AR Milli Məclisinin deputatı Anatoliy Rafailov, Bakı Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev və Bakı Avropa Yəhudiləri dini icmasının sədri Aleksandr Şarovskinin iştirakı ilə panel müzakirələr keçirilib. İştirakçılar müsəlman ölkəsində yəhudilərin azad fəaliyyət göstərməsi, öz dini ayinlərini sərbəst şəkildə icra etmələri, habelə Azərbaycanın antisemitizm hallarının mövcud olmadığı nadir ölkələrdən olmasından bəhs ediblər.

Tədbir müddətində Almaniyada yaşayan musiqiçi həmyerlimiz, skripkaçı Fəridə Rüstəmova və İzidoro Abramoviçin rəhbərlik etdiyi Pestalotsi Sinaqoqunun xor kollektivi Azərbaycan, yəhudi və Avropa musiqisi nümunələrindən ibarət konsert proqramı ilə çıxış ediblər.

Tədbir qonaqların böyük marağı ilə qarşılanıb.


Berlində Berlində Berlində Berlində Berlində Berlində Berlində Berlində Berlində Berlində Berlində Berlində Berlində Berlində Berlində